“Finca Azərbaijan” Bank Olmayan Kredit Təşkilatı 3 müştərisini məhkəməlik edib.
Tribunainfo.az xəbər verir ki, sözügedən BOKT məhkəmədə İsmayılova Könül Abid qızı, Rzayev Vüsal Mirhabil oğlu və Qafarov Məhərrəm Məmməd oğlu ilə bağlı iddia qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mabahisədir. BOKT müştəriləri ilə kredit müqaviləsi səbəbindən problem yaşayır.
İşə 5 noyabr tarixində Bakı Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Günay Həşimovanın icraatındadır.
Qeyd edək ki, “Finca Azerbaijan” 1999-cu ildən Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərir.
BOKT-un Baş Maliyyə İnzibatçısı Ruqiyyə Əliyevadır, Baş əməliyyat rəhbəri isə Zaur Nurməmmədovdur.
Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar