“Financial Times” Ukraynanın Şimali Koreya raketlərindən istifadə etdiyini yazdı

“Financial Times” Ukraynanın Şimali Koreya raketlərindən istifadə etdiyini yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna ordusu “Qrad” reaktiv yaylım atəş sistemlərində Şimali Koreya istehsalı olan raketlərdən istifadə edir. 

Tribunainfo.az xəbər verir ki, bu barədə “The Financial Times” (FT) döyüş meydanından olan müxbirinə istinadən yazır.

KİV-in məlumatına görə, Şimali Koreya raketlərinin Ukraynanın əlinə necə düşdüyünə dair dəqiq məlumat yoxdur. Qəzet hərbçilərə istinadən bildirir ki, raketlər Şimali Koreyanın “dost” ölkəsinin gəmilərindən “ələ keçirilib”. Eyni zamanda, Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak raketlərin “Rusiya qoşunlarından götürüldüyünü” iddia edib”, – deyə KİV yazır.
KİV Ukraynanın istifadə etdiyi Şimali Koreya sursatının 1980-1990-cı illərdə istehsal edildiyini vurğulayır. Lakin partlamamış mərmilərin nisbəti qismən yüksək olduğuna görə belə mərmilərə üstünlük verilmir. Nəşr əsgərlərə istinadən əlavə edir ki, onlar “çox etibarsızdır və bəzən “dəlilik” edirlər”.
Ötən ilin əvvəlində Qərb mətbuatı Rusiyanın KXDR-dən raketlər aldığını yazmışdı. Rusiya Federasiyası qeyd edib ki, bu, “Qərb mediası tərəfindən uydurulub”.