Finalissima 2026-cı ilin mart ayında keçiriləcək

Finalissima 2026-cı ilin mart ayında keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinalı jurnalist Qaston Edulun sosial şəbəkə X-də verdiyi məlumata görə, Avropa və Cənubi Amerika çempionları arasında keçirilən Finalissima-2026 oyununun ən real tarixi 2026-cı ilin mart ayıdır. Bu oyunda İspaniya və Argentina yığmaları qarşılaşacaq.

Tribunainfo.az xəbər verir ki,  daha əvvəl UEFA, CONMEBOL, Argentina Futbol Assosiasiyası (AFA) və İspaniya Kral Futbol Federasiyası (RFEF) nümayəndələrinin Paraqvayın paytaxtı Asunsyonda görüş keçirdiyi bildirilib. Görüş zamanı Finalissima-2026 ilə bağlı təşkilati məsələlər müzakirə olunub.

Argentina hazırda Cənubi Amerika çempionu, Dünya çempionu, Finalissima-2022-nin qalibidir (Londondakı “Uembli” stadionunda İtaliya yığmasını 3:0 hesabı ilə məğlub etmişdi)

İmran Kərimli