“Bu, Ermənistan və Azərbaycan hökumətlərinin qərarı idi və təbii ki, ATƏT də bunu məmnuniyyətlə yerinə yetirdi” .
Tribunainfo.az məlumat verir ki, Finlandiyanın Ermənistandakı səfiri Kirsti Narinen sentyabrın 15-də keçirilən “Hərtərəfli Təhlükəsizlik və Dayanıqlıq 2025” beynəlxalq konfransı çərçivəsində NEWS.am saytına müsahibəsində ATƏT-in Minsk Qrupunun buraxılması məsələsinə toxunaraq deyib.
Onun fikrincə, “artsax xalqına, Dağlıq Qarabağın məcburi köçkünlərinə gəlincə, bizim edə biləcəyimiz ən yaxşı şey Ermənistanın möhkəmliyini, rifahını artırmaqda və bu insanların burada məskunlaşması və öz həyatlarını tapması üçün iqtisadi, siyasi və sosial imkanlar yaratmaqda ona dəstək olmaqdır. Əgər uzunmüddətli perspektivdən danışırıqsa, bu nöqtədə mühakimə yürütmək mümkün deyil”.
Fin səfir hələ bilmir ki, “artsax xalqı” deyilən bir qövm yoxdur və onlar məcburi köçkün deyil.
Roman Nasir