Fiko ölümlə həyat arasındadır – Orban

Fiko ölümlə həyat arasındadır – Orban

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Slovakiyanın Baş naziri Robert Fiko sui-qəsd cəhdindən iki gün sonra ölümlə həyat arasındadır.
Bu barədə Qaynarinfo “Reuters”ə istinadən xəbər verir.
“Biz baş nazir üçün dua edirik və Slovakiyaya dəstəyimizi bildiririk. Onun tezliklə sağalmasını və işinə qayıtmasını arzu edirik”, – Orban deyib.
Orbanın sözlərinə görə, Fiko sağ qalsa belə, Avropa Parlamentinə seçkilər öncəsi kritik anda bir neçə ay işsiz qalacaq.
Orban deyib ki, Avropa Parlamentinə seçkilər ABŞ prezident seçkiləri ilə birlikdə “Avropada müharibə və sülhün gedişatını müəyyən edə bilər”.
Xatırladaq ki, mayın 15-də Slovakiyanın Baş naziri Robert Fikonun həyatına qəsd edildiyi məlum olub. Slovakiya mediası Fikonun küçə insanlara yaxınlaşdığını, bundan sonra bir neçə atəş açıldığını və baş nazirin yerə yıxıldığını yazıb.
Hadisə Bratislavadan 150 km aralıda yerləşən Qandlova şəhərində baş verib. Yerli media yazıb ki, Fikonun vəziyyətinin ağırdır, lakin həyatı üçün təhlükə yoxdur. Mənbələrin bildirdiyinə görə, Fiko, ehtimal ki, əzalarından, döş qəfəsindən və qarnından iki və ya üç yara alıb. Ümumilikdə, təxminən beş atəş açılıb.
Sui-qəsddə ittiham olunan 71 yaşlı yazıçı Yuray Tsintila saxlanılıb. Slovakiyanın “Dennik N” və “Refresher” nəşrlərinin yazdığına görə, atəş açan şəxs Slovakiya hökumətinin siyasəti ilə razılaşmadığını bildirib.
Mayın 16-na keçən gecə həkimlər baş nazir Fikonu əməliyyat ediblər.