FİFA İspaniyanı hədələdi: “Barselona” La Liqadan çıxsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kataloniyada keçirilən müstəqillik referendumu futbola da öz təsirini göstərməyə davam edir.

 

Kataloniyada keçirilən müstəqillik referendumu futbola da öz təsirini göstərməyə davam edir.

TİA.AZ  fanat.az-a istinadən xəbər verir ki, katalonlar müstəqilliyi elan edəcəyi halda, La Liqa və digər liqalarda oynayan klubların çempionatlardan çıxarılması gözlənilir.

“Marka”nın əldə etdiyi məlumata görə, artıq FİFA bununla bağlı qərarını İspaniyaya çatdırıb. Ali futbol qurumundan  “Barselona” La Liqadan çıxacağı halda, İspaniyaya qarşı sanksiyalar tətbiq ediləcəyi deyilib.

İddia olunur ki, İspaniya Futbol Federasiyasının üzvlüyünü dondurmaqla hədələyən FİFA milli komandaların və klubların beynəlxalq yarışlardan kənarlaşdırıla biləcəyini bildirib. Bu halda İspaniya millisi “DÇ-2018”-dən kənarda qala bilər.

Qeyd edək ki, La Liqanın prezidenti Xavyer Tebas Kataloniya müstəqilliyini elan edəcəyi halda, “Barselona”nın çempionatda oynamasına icazə verməyəcəklərini demişdi.