Fidel Kastro haqqında şok gizlinlər: 100 arvad, onlarla uşaq, məşuqələr…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kuba rəhbəri Fidel Kastronun şəxsi həyatının ətrafında qalmaqallar daha çoxdur, nəinki “inqilab atası”nın coşqun siyasi həyatı. Kuba rəhbəri Fidel Kastronun şəxsi həyatının ətrafında qalmaqallar daha çoxdur, nəinki “inqilab atası”nın coşqun siyasi həyatı.

 Demək lazımdır ki, Fidel Kastro öz şəxsi həyatını diqqətlə qoruyurdu, ancaq bu, müşahidəçilərin marağını artırır.
İstənilən rejimin ən çox qorunan dövlət sirlərindən biri onların liderlərinin şəxsi həyatı ilə bağlı olur. Onlar seçilmiş prezident, qiyamçı, diktator və ya taxtın qanuni varisi olmasının heç bir fərqi yoxdur. Amma Kuba rəhbəri Fidel Kastronun həyatı xüsusilə məxfiləşdirilib. Kastro əsl kişi kimi öz yaxınları haqqında narahat olur. Həmçinin dəqiqdir ki, kimsə onun şəxsi həyatına qarışmasını sevmir. Amma ictimai insanların taleyinə, onların arvadları və məşuqələrinə daim marağı göstərirlər.
Qaynarinfo.Az publika.az-a istinadən Kastronun həyatını təqdim edir:
Dövlət Təhlükəsizlik Komitəsinin istefada olan general-leytenantı, Fidel qardaşlarının yaxın dostu Nikolay Sergey Leonov Fidel Kastro haqqında kitab yazmağa hazırlaşanda ondan belə bir əmr alır: “Mənim siyasi fəaliyyətimə gəlincə, hər şey yaz. Burada mənim heç bir sirrim yoxdur. Amma şəxsi həyat mənim tək var-dövlətimdir”.
Kuba liderinin rəsmi arvadı Mirta Dias-Balart (1948-1955) hesab edilir. Onunla boşanmadan sonra, bəzi tədqiqatçıların iddialarına əsasən, Kastro qanuni nikaha daxil olmurdu. Onların oğlu Fidelito 1949-cu ildə doğulub. O, Xose Raul Fernandes adı ilə Moskva Dövlət Universitetinin fizika fakültəsində oxuyub və Kurçatov adına sovet institutunda təcrübə keçib.
Fidel Kastrosunun tərcümeyi-halının müəllifi, beynəlxalq hüquq mütəxəssisi, jurnalsit Maksim Makarıçev qeyd edir ki, Kuba liderinin oğluna SSRİ-də çox isti münasibət göstərilirdi. “1980-ci ildən 1992-ci ilə qədər Fidelito Atom Energetikası üzrə Kuba agentliyinə başçılıq edirdi. İndi Fidelito bir neçə nazirliyin elmi məsləhətçisidir, Kubanın ali məktəblərində dərs deyir, kitabları tərcümə edir. “Azadlıq adası”nın sakinləri yalnız Fidelitonun böyük oğlu və Fidelin qardaşlarını – kiçik Raul və böyük Ramonu üzdən tanıyırlar. Onun başqa qohumlarının tam adları, onların ünvanları, şəkilləri heç vaxt Kuba mətbuatında meydana çıxmır”, – o, bildirir.
Fransada Serj Raffinin (Serge Raffy) kitabı on il əvvəl çıxıb. Öz qəhrəmanını sevməyən müəllif yoxlanılmamış faktlara və iyrənc lətifələrə yer verib. Deyilir ki, Fidel Kastronun təxminən iyirmi bic uşağı var. Xüsusi halda, iddiaya görə, Mayamidə “Paxit” ləqəbli Fransiska Pupo yaşayır. “O, Kastro 1953-cü ildə Santa-Klaradan olan gənc qızla tanış olandan sonra dünyaya gəldi”, – “Əmək” qəzeti öz oxucularına xəbər verir. General Frankonun hakimiyyətə gəlişindən sonra Meksikaya qaçan ispan mühacirlərinin qızı İzabel Kustodio Mexikoda Fidellə tanış olub. Fidel burada həbs edilir. Meksikada dərc edilmiş “Sevgi mənə günahları buraxacaq” (El amor me absolverá) adlı kitabda iddia edilir ki, Fidel həbsdən çıxandan sonra özü onu tapır. Öz planlarından danışan Fidel İzabel Kustodioya ona ərə gəlməyi təklif edir. “Mənim daxilində sanki nəsə qırıldı. Mən hiss edirdim ki, bu çox ağır yükdür. Qorxurdum ki, onu Kubaya səfər zamanı öldürəcəklər. Orada çoxları həlak oldular, amma Fidel sağ qaldı”, – Kustodio açıq danışır. Yeri gəlmişkən, İzabel beş dəfə ərə gedir, amma onların arasında Fidel olmayıb.
Almaniyanın Bremen şəhərinin sakini Marita Kuba inqilabının qələbəsindən dərhal sonra 33 yaşlı Fidelin məşuqəsi olub. Marita 18 avqust 1939-cu ildə Henrix Lorents və Amerika rəqqasəsi Alisa Cuna Lorentsin ailəsində doğulub. Onun anası ABŞ-ın xeyrinə casusluqda ittiham edilərək həbs olunur. Marita anası ilə birlikdə onlar 1945-ci ilə qədər Berqen-Belzen həbs düşərgəsində qalır. O, 28 fevral 1959-cu ildə atasının kapitanı olduğu “Berlin” sərnişin teploxodunun içində Kastro ilə tanış olur. Marita hamiləliyin beşinci ayında idi. Onların uşağı həlak olur. Səbəbi isə məlum deyil. Qızın anası Fidel Kastroya qarşı 11 milyon dollarlıq iddia qaldırır. Amerika xüsusi xidmət orqanları və Kuba mafiyasının başçıları qızın ağır psixi vəziyyətindən istifadə edirlər. Mafioz Con Roselli hökumət laboratoriyasından almış zəhərli iki ampulanı Mariyaya verir. Bu informasiyanın etibarlılığını yoxlamaq da həmçinin problematikdir. 1975-ci ildə Roselli Amerika Konqresinin üzvləri qarşısında ifadə verməyə məcbur edilir. “Şpigel” məxfiləşdirilmiş məruzədə yazırdı ki, həbləri (ampulalar deyil) hansısa kubalıya veriblər, amma sui-qəsd ləğv edilir və zəhər Mərkəzi Kəşfiyyat İdarəsinə qaytarılır. Sonda, mafiozun cəsədi sındırılmış ayaqlarla dənizdən tutulmuş benzin çəlləyindən çıxarılmışdı.
1960-cı ilin yanvarında isə Marita Kubaya qayıdır. Qadının əl çantasında yalnız kremin olduğu bankada ölümcül zəhərli ampulalar var idi. Dövlət başçısı “Habana Libre” mehmanxanasının nömrəsində öz keçmiş sevilmişini gözləməyə məcbur edir. Amma Marita ampulaları atır. “Sevgi daha güclü oldu”, – Marita illər sonra iddia edirdi. Qətlin yerinə o, cismani sevginin həzlərinə təslim oldu.
Marita səhər Mayamiyə uçur və Kastronun ən qızğın rəqiblərinə qoşulur. Ola bilər ki, onun tanışlarının arasında Li Harvi Osvald (ABŞ-ın keçmiş prezidenti Con Kennedinin rəsmi qatili-red) var idi. O, Kuba mühacirlərininin tapşırığı yerinə yetirərək Venesuelanın keçmiş diktatoru Markos Peres Himeneslə tanış olaraq onun məşuqəsi olur.
Qərb agentliklərinin müxbirlərinin fikrincə, Kubanın birinci xanımı yaşıl gözlər və açıqsaçlı qadın Dalia Soto Valle hesab edilə bilərdi. Fidel Kastro 1980-ci ildən onun evlidir. Fidelin ondan beş uşağının olduğu bildirilir. Bu informasiyanın təsdiqi hazırda yoxdur.
Fidel onunla yalnız 1999-cu ildə bir tədbirdə görünür. Bu, Venesuela və Kuba yığmaları arasında beysbol matçı idi. Matçın azarkeşləri arasında iki ölkənin prezidentləri – Uqo Çaves və Fidel Kastro da var idi. Qərb mətbuatı iddia edir ki, Daila Soto Valle uzun müddət Koximar elmi okeanoqrafiya institutunda işləyirdi. Hesab edilir ki, o, sualtı üzgüçülüyük və qızılgüllərin yetişdirilməsi ilə maraqlanır”.