Beynəlxalq Şahmat Federasiyası (FIDE) norveçli Maqnus Karlseni əsrin ən yaxşı qrossmeysteri elan edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə FIDE-nin mətbuat xidməti məlumat yayıb. Bu qərar federasiyanın 1924-cü ildə Parisdə yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən qala-ziyafət zamanı elan edilib.
Qeyd etmək lazımdır ki, şahmat üzrə dünya çempionu titulu uğrunda görüşlər 1886-cı ildən keçirilir. Karlsen hazırda 33 yaşındadır və FIDE-nin reytinq cədvəlində liderlik edir. O, 2013-cü ildə klassik şahmat üzrə dünya çempionu olub və bu titulu dörd dəfə ardıcıl qoruyub.
2022-ci ildə Karlsen rusiyalı Yan Nepomnyaşşi ilə dünya çempionluğu uğrunda keçirilməli olan qarşılaşmadan imtina edərək dünya çempionu titulundan əl çəkib.