Fidan xəbərdarlıq etdi: Müharibə daha böyük burulğana çevriləcəkbackend

Fidan xəbərdarlıq etdi: Müharibə daha böyük burulğana çevriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici işlər naziri Hakan Fidan Ankarada Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radmanla birgə mətbuat konfransında danışıb.Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, Nazir Fidan “Qəzzada başlayan müharibə spiralı daha böyük bir burulğana çevriləcək” xəbərdarlığı edərkən, Xorvatiyanın xarici işlər naziri Qrliç Radman, “Türkiyə bizim üçün (AB üçün) namizəd ölkədir və əsas tərəfdaş olaraq qalacaq”,-deyib.

Xarici işlər naziri Hakan Fidan mətbuat konfransında verdiyi açıqlamada İsrail-Həmas müharibəsinə toxunaraq, “Hər kəs bu böhranı iki dövlətlə həll etmək fikrinin vacib olduğunu qəbul etdi. Problem artıq bu fikrin doğruluğunda deyil, amma necə həyata keçiriləcək onu danışmalıyıq”. deyib.