FHN VƏ SEYSMOLOJİ XİDMƏT DƏRSİNDƏN YENƏ “2” ALDI… ZƏLZƏLƏ XƏBƏRDARLIĞINI YENƏ “GOOGLE” VERDİ

FHN VƏ SEYSMOLOJİ XİDMƏT DƏRSİNDƏN YENƏ “2” ALDI… ZƏLZƏLƏ XƏBƏRDARLIĞINI YENƏ “GOOGLE” VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Google” gbu gün səhər 5 radələrində yenidən Azərbaycan vətəndaşlarına “Zəlzələ xəbərdarlığı ” mesajı göndərib. Ancaq AMEA-nın Seysmoloji Xidmət Mərkəzi bildirib ki, telefonlara gələn zəlzələ ilə bağlı məlumatın Azərbaycanla heç bir əlaqəsi yoxdur. Göndərilən məlumatda hətta zəlzələnin baş verdiyi ərazi (Türkmənistan) və dalğaların yayıldığı yerlərə qədər göstərilmişdi. Xəritədən də aydın olurdu ki, 5.9 bal gücündə baş vermiş zəlzələ Bakıda hiss olunub.

Tribunainfo.az xəbər verir ki, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, ümumiyyətlə, bu tip xəbərdarlıq sistemini Seysmoloji Xidmətin dataları əsasında FHN icra etməlidir. Reallıq isə ondan ibarətdir ki, FHN-nin vəzifələrini Google icra edir:

“”Google” bu dataları beynəlxalq resurslardan əldə etməklə saniyələr öncə Android istifadəçilərə yönəldir. İndi görünən odur ki, “Google” FHN və Seysmoloji xidmətimizlə dirəşib ki, bəlkə onlar bu xəbərdarlıq sistemini quralar.

Azərbaycan bəlkə də yeganə ölkələrdən ola bilər ki, “112 Mobil Xilasedici” resursu yoxdur.
Nəhəng resurslara malik olan FHN dəfələrlə cəhd etsə də bu faydalı mobil xəbərdarlıq və ilkin yardım sistemini ortaya çıxara bilməyib. Çox təəssüfləndirici bir vəziyyətdir.

Ümid edək, bəlkə də “Google” bir-iki dəfə də belə xəbərdarlıq mesajları versə FHN və Seysmoloji Xidmət nəhayət ki, belə bir mobil xəbərdarlıq sistemini qura biləcəklər”.