FHN Talışda 2.4 milyona bölmə tikəcəkbackend

FHN Talışda 2.4 milyona bölmə tikəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi yeni tenderinin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, sözügedən tenderə əsasən nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdərə rayonunun Talış kəndində 2 çıxışlı Yanğından Mühafizə Bölməsinin tikintisini həyata keçirəcək.
Rəsmi qaynaqlarda qeyd edilir ki, FHN bununla əlaqədar 2.439.616,19 manat pul xərcləyəcəyini açıqlayıb. Satınalma müqaviləsi isə adı bir müəddt əvvəl Vergilər Nazirliyi ilə qalmaqalda hallanmış “FİM GROUP” MMC-yə imzalanıb.
Qeyd edək ki, “FİM Group” şirkəti 2018-ci ildə yaradılıb. MMC-nin hüquqi ünvanı Səbayel rayonu, Aqil Quliyev küçəsi ev 4, mənzil 20-də qeydə alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Əhmədzadə Fuad Əlisoltan oğludur. Bu şəxs haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.