Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi adı monopoliyada hallanan və Muxtar Respublikada məktəbli geyimləri və digər tekstil işlərini həyata keçirən yeganə şirkətlər satınalma müqaviləsi imzalayıb. Tribunainfo.az xəbər verir ki, nazirlik yumuşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması üçün “Zümrüd Tekstil” MMC-yə 271.677,3 manat pul ödəyəcək.
Qeyd edək ki, “Zümrüd Tekstil” şirkəti 2007-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun xeyir duası ilə yaradılıb. Şirkətin həmçinin Talıbovlara məxsus olduğu deyilir.
Araşdırmalar zamanı məlum olub ki, Naxçıvanda yeganə tekstil şirkəti olan “Zümrüd tekstil” əksər tenderlərin qalibi olur və onlardan başqa kimsə bu prosesdə öndə ola bilməz.
Bundan başqa, sözügedən MMC məktəbli formaları və digər tekstil məhsullarını üzdə bir qiymətə təklif etsə də, arxa planda baha qiymətə satmaqda da ad çıxarıb. Belə ki, keçən il MMC məktəbli formalarının satış qiymətini ölçüsündən asılı olaraq 27 manatla – 47 manat arasında dəyişdiyini elan etsə də, onu real satışını 45-100 manata qaldırıb.
Maraqlı məqamlardan biri də budur ki, Naxçıvam MR-in FHN-i Vasif Talıbovun şirkətindən niyə məhsul alır və onu tenderin qalibi elan edir? Olmaya FHN şefinin Talıbovla ortaq işləri və ya biznesi var?