FHN Qırmızı kitaba düşmüş ağacı kəsdi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçala rayonu Aşağı Qaramanlı kəndində yerləşən adada ağac soyqırımı davam edir. 

Neftçala rayonu Aşağı Qaramanlı kəndində yerləşən adada ağac soyqırımı davam edir. 

Uluyol.info olaraq yollandıq adı çəkilən əraziyə-oxuculara və adiyyatı qurumlara aydın olsun deyə problemin kökü və izahına çalışacağıq.

Dəfələrlə Kür çayının məcrasından qalxması və aşağı düşməsi, bunun yaratdığı problemlər, məsələnin birdəfəlik həlli yollarını axtarıb və yolda göstərmişik. Amma təəssüf ki, adiyyatı qurumlar barələrində yazı dərc olunanda nəticə çıxarma əvəzinə ya o yazının silinməsi üçün ilan kimi qabıqdan çıxarlar ya elə redaksiyanın acığına bildiklərini davam etdirərlər.Sadiq oxucularımız uluyol.info-nun ölkə, millət maraqları çərçivəsində fəaliyyət göstərdiyini bilirlər. Dəfələrlə Kür çayının məhz Aşağı Qaramanlı kəndindən keçən ərazisindən reportaj hazırlamışıq.Həmin yazılarımızda 1000 ha-larla əkin sahələrinin, 100 ha-larla həyətyanı sahələrin və fərdi evlərə verilən suyun kəsilməsinə toxunmuşuq.Kür çayı istər qalxması, istərsədə məcrasından aşağı düşməsi nəticəsində bu ərazilərdə fanton qurğuları sıradan çıxır.Ya suyun qalxması nəticəsində fonton aparatları suyun altında qalır, ya da boruların su götürmək qabiliyyəti olmur, su həddindən az olur. Beləki, çıxış yolu kimi Aşağı Qaramanlı kəndində iki hissəyə ayrılan Kür çayının bol axarlı qolunun qarşısına iki metrlik beton piltələr atmaqla birdəfəlik bu problemin həllinə nail olarıq.Hərçənd aylardır texnikalar, işçi qüvvəsi, yanacaq və s. xərcləri hesablamış olsaq o zaman milyonlarla vəsaitin havaya sovrulduğunun, daha doğrusu suya axıdıldığının şahidi olarıq, necə ki, oluruq. Aşağı Qaramanlıya qonşu Qədimkənd kəndində Kür sahilində beton piltələr var ki, həmin piltələr də zamanında fonton qurğusu tikiləcəyi üçün atılıb və həmin beton piltələri aylardır nəticəsiz işləyən texnikalarla bir saatlığa bir yerdən digər yerə aparıb suyun məcrasını nizamlamaq olar.

Əgər biz bu problemin kökünə gedib həllinə bir qəpiksiz nail olacaq yolu göstəririksə, bu sahə üzrə universitet bitirmiş, saçını ağardanlar niyə düşünmədi. Yaxşı düşünmədi, bəs niyə dəfələrlə vurğuladığımız məqama biganə yanaşdılar.

Kür çayının –Ana Kür adlandırılan hissəsi tamamilə quruyub. Artıq bu ərazidə ada deyilən bir şey qalmayıb.Dəli Kür görünür əməllicə psixiatra göstəriblər əsəbləri sakitləşib.Hərçənd dəliliyi də bizə lazım deyil, bir iki il öncə daşıb dövlət boxçamıza nə qədər ziyan vurduğu yadımızdan çıxmayıb. Kolxoz vaxtı Kürün dəliliyi zamanlarında Neftçala–Salyan magistral yoluna qədər çatan Kürün qarşısını alacaq yol-ikinci qolun qazılması olub. Beləliklə “bala Kür” adlandırılan ikinci qol çəkilir.İndi hazırda bala Kürdə axın sürətli, bol suludur.Amma tarixi Kür çayının qolunda isə and içməyə bir damcı belə su yoxdur.

Bayaq vurğuladığımız kimi beton piltələri “Bala Kür” deyilən qolun ağzına atacağımız təqdirdə tarixi kür çayının qoluda işlək olacaq.Bu zaman yenidən əkin sahələri nizamlı suvarılacaq, həyətyanı sahələrdə insanımız əkib-becərəcək və fərdi yaşayış evlərinə vaxtı-vaxtında su vurulacaq.Bu qədər sadə, və bəsit.

Bura qədər çalışdıq ki, “lori” dildə izah edək. Hərçənd yazdıqlarımızı təkrar qeyd etmiş olduq. Bu dəfə təmiz kəndçi dilində yazdıq ki, birdən adiyyatı qurumlar oxuyub başa düşməzlər…

İndi isə yazının başlığında göstərilən ağac soyqırımına qayıdaq.Elə bu mövzunu maksimum sadələşdirib qeyd edəcik ki, belə daha rahat olur.Hərçənd arifə bir işarə yetər, amama uluyol.info vasitəsilə 1000-lərlə işarədən və söz birləşmələrindən istifadə etsəkdə bu ərazilərin məmur qəbili “hələm-hələm” başa düşmür. Bir də gördün ki, qırmızı kitaba düşmüş, nəsili kəsilən ağacıda buldezerin qabağına verdi getdi…

Kür çayında nilləmələrlə bağlı Neftçala Rayonu Kür Qarabucaq kəndində bina inşa olunub və hazırda Kürün nildən təmizlənməsi üçün qiyməti milyonlarla ölçülən layihə hazırlanıb ki, bunun da ilk qurbanı qırmızı kitaba düşmüş yulğun ağaclarıdır.Aşağı Qaramanlı ərazisində yerləşən adada qurulacaq qurğular, obyektlərin yerləşməsi üçün yaşı 100-ə çatan ağacları, Qırmızı kitaba düşmüş yulğun ağaclarını məhv edirlər-ediblər.

Xatırladaq ki, ada deyilən ərazi bayaq da qeyd etdiyimiz kimi Kolxoz vaxtı Kür çayının axarının qarşınını almaq, nizamlamaq üçün ikinci qol çəkilib.Bu zaman ada yaranıb.Adanın ərazisi təxminən 80 ha olduğu qeyd olunur.Hal-hazırda 17 ha ərazidə yerləşən milyonlarla ağacı kəsiblər.Oxucuda milyonlarla dedikdə qəribə hiss yaşayacağın bilirik. Amma nə etmək olar?! Təəssüf ki, bu belədir.Hətta heç istifadə olunmayacaq ərazilərdə belə yaşıllıqlara, nəsli kəsilməkdə olan ağaclara qarşı divan tuturlar. Lazım oldu–olmadı yol çəkilir, kökündən çıxarlır. Ərazini gəzərkən, ən ağrılı məqam isə həmişə FHN–nin adı gələndə psixoliji olaraq yanğından xilas edənlər və bu kimi amilər gözümüzün özündə canlanırdısa, sağ olsun nazirlik əməkdaşları burada da yanğınla məşğul olublar. Bu dəfə yananı söndürmək əvəzinə, yandırıb söndürüblər.Deməli iş görülən ərazilərə yaxın yerlərdə ehtiyatsız tonqal qalanılıb və yüzlərlə ağac da beləcə yanıb.Axı bizim millət belə olmayıb, kim dəyişdi, necə bacardı bu milləti bu hala salmağa.

Hansı əməkdaşa da yaxınlaşdıqsa da, “FHN-nin nəzdindədi, ağac-falan boş şeydir”. Dəlixanadıre, belə işmi olar?! Neyləyək indi, bəlkə yoldan keçənidə gətirib qul kimi işlədəsiz, texnikalarla Kürün bir hissəsindən açıb kəndi suya basasız.Bəzən deyirləre, jurnalist şərəfli peşə, falan bəsməkan. Jurnalist bu qədər hallarla rastlaşır, dəmir deyile, insandır e, insan.

Hər halda əgər vacib qurğuların yerləşməsi lazımdırsa, bu Kürün Yuxarı Qaramanlı kəndində boş ərazilərdədə etmək olardı.

Burada yerləşən ada turizm üçün əlverişli ərazilərdir. Tarixi Kür çayının sahilləri, bu ərazilərdə məskunlaşmaların tarixi insanla yaşıdddır desək yanılmarıq, cuzi günah etmiş olsaqda.Araşdırmaçı-yazar, etnoqraf Əliniyaz Quliyevin Qaraman tayfası haqqında aparadığı araşdırmalarda Aşağı Qaramanlının tarixiliyi sübüt olunur.Qaraman adı yəqin nəsə dedi, maraqlananlar əlaqə yaratsa həmin kitabı və araşdırmalarla tanış edərik-məmnuniyyətlə.Turizmi qeyd etmişkən, Aşağı Qaramanlı kəndində iki məktəb, biri tam digəri 9 illik, bir xəstəxana, bir mədəniyyət evi, 5 kəndin icra nümayəndəliyi, bələdiyyə, Maşın təmiri zavodu və s. beləcə onlarla obyeklər, tikililər sadalamaq olar.Kolxozun bu kənddə yerləşməsi üstünlük gətirib və burada cüzi məbləğlə turzim üçün geniş imkanlar yaratmaq olar.Ağacları kəsməmək şərtilə…

Xatırladaq ki, ötən il və fevral ayında dərc olunmuş yazılarımızda Neftçala rayonun maddi infrastrkturu haqqında yazarkən burada yerləşəcək obyeklərin, adada quşçuluq, balıqçılıq, heyvandarlıq və turzim haqında geniş məlumat vermişdik və layihədə təqdim etmişdik.

Aşağı Qaramanlı inzibati ərazi vahidliyə məxsus 5 kənddən hər kəndən 150 nəfər olmaqla işçi götürmək olar və buda beş kəndin sözün həqiqi mənasında rifahının yüksəlməsinə gətirib çıxaracaq.Əsas inamdır.Az məbləğlə böyük işlər görməyin zamanıdır.İndi neft nə 140 dollardır, nə də dollar 78.50-dir. İndi havaya, suya axıdılacaq vəsait hesabına beş tank, on top, iki helokepter, alsaq daha yaxşı olar.

Qırmızı kitaba düşmüş ağacları qoruyacaq FHN-i həmin ağaclarının kökünə neft tökürsə, indi nə etməli.”Sənə səndən şikayətim var” mahnısınımı dinləməli, yoxsa … Bax, burada yoxsanın ardı yoxdur.

Hərçənd saxtalı qış günlərində bələkdəki körpəsi, ahıl anası-atası donmasın deyə iki-üç şələ bu ərazilərdən ağac kəsənləri 500-700 manat civarında cərimələyənlər sözüm sizədir.Və sizin məntiqinizlə fotolardanda, videolardanda aydın göründüyü kimi bir belə ağacı qıran baltanın sapı ilə işimiz yoxdur, onlar əmr quludur.

Baltanın ağzı-ağız demişkən yeyənlər və bu layihəni hazırlayıb imzalayanları elə yaxınlıqdakı çinar ağcındanmı asmalı, yoxsa lazımsız yerə yandırılan ağacların közünəmi atmalı?!

tia.az