“FHN-NİN İŞİNİ “GOOGLE” GÖRDÜ – NİYƏ XƏBƏRDARLIQ GÖNDƏRMƏDİ?

“FHN-NİN FUNKSİYASINI “Google” İCRA ETDİ”… FHN NİYƏ ZƏLZƏLƏ XƏBƏRDARLIĞI SMSİ GÖNDƏRMƏDİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəlzələ ilə bağlı xəbərdarlıq mesajı Google-nin Android platformasından göndərildi. Google “Zəlzələ xəbərdarlığı” xidmətini xarici seysmik qurumların datalarından əldə edərək təqdim edir. Google-nin xəbərdarlıq mesajından sonra əhali arasında xeyli çaşqınlığın, məlumatsızlığın, hətta dezinformasiyaların yayılması da müşahidə edilib. Ancaq bu işi Fövqəladə Hallar Nazirliyi etməli idi.

Tribunainfo.az-ın xəbərinə görə, bu barədə danışan Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, bəs FHN -nin xəbərdarlığı, onun mesajları, onun mobil tətbiqləri və mobil xidməti haradadır?:

“Uzun illərdi ki, Fövqəladə Hallar Nazirliyi “112 Mobil Xilasedici” tətbiqini hazırlaya bilməyib. “112” qaynar xətt xidməti aktiv olsa da daha effektiv olan uyğun mobil tətbiq yoxdur.
Xatırlayıram ki, 2016-cı ildə ATL şirkəti FHN-nin sifarişi ilə İOS və Android üçün belə bir resurs hazırlamışdı. Lakin sonralar bu mobil resurs hər iki platformadan yığışdırılıb.

Sonralar FHN bir neçə dəfə belə bir mobil resursun hazırlanması haqqında mesajlar versə də indiyədək bu reallaşmayıb.
Xatırladıram ki, digər ölkələrin əksəriyyətində belə bir mobil resurs aktivdir.

“112 Mobil Xilasedici” daha operativ reaksiya üçün, ilkin məlumatlandırma və ilkin yardım üçün, əks əlaqə üçün, kordinatın müəyyən edilməsi və yönləndirilməsi üçün, hadisə haqqında daha yetərli məlumatlar almaq üçün indiki zamanda ən effektiv və səmərəli həll yoludur”.

Hədsiz geniş resurslara, böyük bir İT idarəyə və komandaya malik olan FHN 7 ildir ki, balaca bir mobil tətbiqi ortaya çıxara bilməyib. Çox düşündürücü və təəssüfləndirici bir haldır”.