Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin batimetriya avadanlıqların, proqram təminatlarının alınması ilə bağlı elan etdiyi kotirovka sorğusu (37 682 AZN) və Nazirliyin Tikinti Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Dövlət Baş Layihə İnstitutu “Azərdövlətlayihə”nin antivirus lisenziyalarının alınması ilə bağlı elan etdiyi tender (25 812 AZN) ləğv olunub.
Tribunainfo.az – ın xəbərinə görə, qərarları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Birincinin ləğv edilməsinin səbəbi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının 3-dən az olması, digərinin ləğv edilməsinin səbəbi isə açıqlanmayıb.
Satınalmaların toplam dəyəri 63 494 AZN olub.
Pravda.az