Fövqəladə Hallar Nazirliyi Bakı metropolitenində baş vermiş tüstülənmə ilə bağlı məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyi Bakı metropolitenində baş vermiş tüstülənmə ilə bağlı məlumat yayıb.
TİA.AZ FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı Metropoliteninin 28 may stansiyasından Gənclik stansiyasına gedən tuneldə tüstülənmə olması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, operativ tədbirlər nəticəsində tüstülənmənin mənbəyi aşkar edilib və qarşısı alınıb.