FHN-in Maddi Texniki-Təchizat İdarəsi ölkədən pul çıxarıb?backend

FHN-in Maddi Texniki-Təchizat İdarəsi ölkədən pul çıxarıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi böyük məbləğdə cərimələnə bilər.

Tribunainfo.az xəbər verir ki, idarənin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulmuş maddəyə görə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Ekspertlərin fikrincə, bu maddənin tələbinin pozulması xətanı işləmiş qurumun, idarənin ölkədən pul çıxarması anlamına gəlir.
Yəni idarə müəyyən malı almaq üçün xaricə pul köçürür və o pul köçürdükdən sonrakı iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər mal ölkəyə gətirilmirsə, pulu ölkədən çıxaran idarə cərimələnir. Yəni bu halda hesab olunur ki, nazirliyin sözügedən idarəsi ölkədən pul, valyuta çıxarıb.

Xatırladaq ki, sözügedən xətaya görə, Nəsimi Rayon Məhkəməsində iş başladılıb. 9 sentyabr tarixində baxılacaq işə hakim Babək Pənahov sədrlik edəcək.

Roman