FHN-in iki evi 183 minə ev tikmə planı alınmadı: tender ləğv edildi

FHN-in iki evi 183 minə ev tikmə planı alınmadı: tender ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir
ki, nazirliyin yanında Tikintidə Təhülkəsizliyə Nəzarət Dövlət Agentliyinin
Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tenderə əsasən Lənkəran
rayonunda 2 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisini həyata keçirməli
imiş.
Bu məqsədlə 183.874,68 manatlıq smeta hazırlayan və onu təqdim edən
nazirliyin sözügedən qurumuna rədd cavabı verilib.
Ləğv edilmə mətnində qeyd edilir ki, AİİBNDX bununla bağlı qərar qəbul
edib. Belə ki, AİBNDX-nin 24 yanvar 2025-ci il tarixli, AİBNDX/SQ547/2025 nömrəli qərarında qeyd edib ki, təklif olunan rəqəm reallığı əks
etdirmir.