FHN-in daha bir tenderi ləğv edildi: 146 min manat nəyə xərclənəcəkmiş?

FHN-in daha bir tenderi ləğv edildi: 146 min manat nəyə xərclənəcəkmiş?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin daha bir tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, bu nazirliyin ötən həftə ləğv edilən sayca ikinci müsabiqəsidir.

Belə ki, ötən həftə Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Dövlət Baş Layihə İnstitutu olan “AZƏRDÖVLƏTLAYİHƏ” Lənkəranda iki evin inşasını həyata keçirmək istəmişdi. 180 minata iki ədəd 3 otaqlı mənzilin inşası isə rəsmi qurumlar tərəfindən məqbul sayılmamışdı.

Ötən həftənin son iş günü isə FHN-in ləğv edilən növbəti tenderi isə kondisionerlərin servisi və təmir xidmətlərinin satınalınması ilə bağlı olub. Nazirlik bu məqsədlə 146.407,32 manat xərcləməyi düşünürmüş. Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti FHN-in qanunun tələblərini pzoduğunu əsas tutaraq, bununla bağlı ləğv qərarı verib.