Əşrəfov Mübariz Əzizəli oğlu 2004-cü ilin dekabrin 24-dən FHN 51 saylı Yanğından Mühafizə Hissəsində Böyük Yanğınsöndürən vəzifəsində işləməyə başlayıb.
Əşrəfov Mübariz Əzizəli oğlu 2004-cü ilin dekabrin 24-dən FHN 51 saylı Yanğından Mühafizə Hissəsində Böyük Yanğınsöndürən vəzifəsində işləməyə başlayıb.
2014-cü ilin sentyabr ayının 24-də heç bir səbəb göstərilmədən FHN-nin sıralarından qovulub.
Mübariz Əşrəfov deyir ki, ona işdən nə üçün qovulduğunu da bildirməyiblər: “24 günlük əmək haqqını da vermədilər. Tələb edəndə isə Yanğından Mühafizə İdarəsinin rəis müavini bildirdi ki, kimə istəyirsən şikayət elə. Mənim baldızım millət vəkilidi və rəisin də qardaşı Kənd Təsərufat Naziridir. Prezidentə şikayət eləmirsən, kimə ürəyin istəyir şikayət elə! Bizə heçkim heçnə edə bilməz”. Mübariz Əşrəfov Prezident İlham Əliyevə, Xəzər rayonun millət vəkili Mehriban Əliyevaya dəfələrlə yazılı sürətdə müraciət etdiyini bildirir. Müraciətdən sonra FHN-dən ona zəng edilərək deyilib ki, birdə şikayət etsə onu məhkəməyə verib, həbs edəcəklər.
Mübariz Əşrəfov Kəmaləddin Heydərova da müraciət etsə də, yenə FHN-dən zəng olunaraq hədələnib.
Mübariz Əşrəfov bidirir ki, onun hərbi biletini də geri qaytarmırlar.
Hətta işdən çıxarılması üçün verilən əmri tələb etsə də (yəni hansı səbəbdən işdən çıxarılıb) onu da verməyiblər.
Əşrəfov Azərbaycanda bütün aidiyyatı orqanlara bu 2 ildə nə qədər şikayət etsədə heç bir nəticəsi olmayıb.
Son olaraq o, mətbuatda problemini ictimailəşdirməyi qərara alıb.
TİA.AZ qarşı tərəfin də mövqeyni verməyə hazırdır.