FHN-dən 5000 manatlıq böhtanla bağlı – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi kütləvi informasiya vasitələrində xilasedicilərin axtarış işləri üçün 5000 manat pul tələb etməsi haqqında əsassız iddialar yer alıb. 

Bəzi kütləvi informasiya vasitələrində xilasedicilərin axtarış işləri üçün 5000 manat pul tələb etməsi haqqında əsassız iddialar yer alıb.

Bu barədə TİA.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə avqustun 5-də saat 19:55 radələrində İmişli rayonundakı Çaxırlı kəndi ərazisində kanalda çimərkən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oktay oğlunun batması haqqında məlumat daxil olduqdan dərhal sonra nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən 5 nəfər dalğıc-xilasedici və 2 texnika cəlb edilib: “Vətəndaşın cəsədi avqustun 7-də hadisə yerindən 50 kilometr aralıda aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə bağlı bəzi kütləvi informasiya vasitələrində xilasedicilərin axtarış işləri üçün guya zərərçəkmişin ailəsindən 5000 manat pul tələb etməsi haqqında əsassız iddialar yer alıb.

Fövqəladə Hallar Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsi tərəfindən bununla bağlı aparılan araşdırma, həmçinin batan şəxsin ailə üzvləri ilə söhbətlər zamanı sözügedən iddia təsdiqini tapmayıb”.

Fövqəladə Hallar Nazirliyi bir daha kütləvi informasiya vasitələrinə müraciət edir ki, nazirliyin fəaliyyəti ilə bağlı informasiya yaymazdan əvvəl FHN-in mətbuat xidməti ilə dəqiqləşdirmə aparsınlar.