FHN-də yatan işçidən pul alan rəislə bağlı qərar – Rütbə də verirmiş…backend

FHN-də yatan işçidən pul alan rəislə bağlı qərar – Rütbə də verirmiş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Naftalan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin sabiq rəisi, daxili xidmət mayoru Ozal Məmmədli ilə bağlı məhkəmə qərar verib.
Tribunainfo.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, aparılan araşdırma zamanı Ozal Məmmədlinin rəhbəri olduğu qurumda xeyli sayda FHN əməkdaşına qarşı dələduzluq etdiyi müəyyənləşib.
O, daxili xidmət çavuşu vəzifəsində işləyən şəxsə 5000 min manat müqabilində leytenant rütbəsi alacağını, daxili xidmət baş çavuşunu manqa komandiri vəzifəsinə təyin etdirəcəyi vədi ilə 1400 manatını alıb. Həmçinin yanğından mühafizə bölməsinin manqa komandiri, daxili xidmət baş çavuşu xidmət zamanı yatdığına görə işdən çıxarılmaması və intizam məsuliyyətinə cəlb edilməməsinə görə 1000 manat, daha iki FHN əməkdaşına şiddətli töhmət verilməməsi üçün birindən 1500 manat, digərindən 3500 manat almaqla dələduzluq edib.
Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi tərəfindən 18 dekabr 2023-cü il tarixində Məmmədlı̇ Ozal Adı̇l oğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs ifadə verərək bildirib ki, ona qarşı irəli sürülmüş ittihamlarla razıdır və özünü təqsirli bilir. Zərərçəkənlərin hər birinə dəymiş maddi ziyanı tam şəkildə ödəyib.
Məhkəmənin hökmü ilə Ozal Məmmədli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.