FHN bu təyyarənin “ömrünü uzatmaq” üçün Rusiya şirkətinə 193 milyon manat ödəyəcək

FHN bu təyyarənin “ömrünü uzatmaq” üçün Rusiya şirkətinə 193 milyon manat ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsi Rusiyanın “Пао Тантк Им. Г.М. Бериева” (G. (“M. Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksi”) şirkəti ilə satınalma müqaviləsi imzalayıb.

 Tribunainfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, müqavilənin şərtlərinə görə, Rusiya şirkəti FHN-in Aviasiya Dəstəsinə məxsus “Be-200ÇS” tipli amfibiya təyyarəsinə növbəti 48 (+-1) aya istismar müddətinin uzadılması xidmətini göstərəcək.

Məlumata görə, bu xidmətin qarşılığında FHN Rusiya şirkətinə 192 milyon 961 min 066 manat 79 qəpik ödəyəcək. İşlərin bu ilin sonunda başa çatacağı bildirilir.

“Be-200ÇS” tipli amfibiya təyyarəsi

Qeyd edək ki, “Пао Тантк Им. Г.М. Бериева” şirkəti Rusiyanın Rostov vilayətininn Taqanroq şəhərində yerləşən təyyarə istehsalı müəssisəsidir.