FHN avtomobillərini 917 minə təmir etdirmək istədi, amma…

FHN avtomobillərini 917 minə təmir etdirmək istədi, amma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza İdarəsi balansında olan avtomobillərini təmir etdirmək məqsədi ilə tender keçirib.

Tribunainfo.az xəbər verir ki, qurum bu məqsədlə “İDEAL MOTORS” MMC ilə anlaşıb.

Açıq mənbələrdə qeyd edilir ki, “İDEAL MOTORS” FHN-in bu işlərini 312 min 142 manata həyata keçirəcək. Lakin maraqlı məqam odur ki, FHN-in sözügedən idarəsi təmir işləri və ehtiyat hissələrinin alınması üçün 917 min 932 manat ayrılmaq fikrində olub.

Əsasən bahalı “Toyota Land Cruser” markalı maşınlarla təchiz edilmiş Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza İdarəsinin bu qədər vəsait ayırmasının və 600 minlik bir fərqin yaranması ilə bağlı hər halda məntiqli açıqlaması var.

Fərda Uğur