Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi növbəti tenderini elan edidb. Tribunainfo.az xəbər verir ki, müsabiqənin məqsədi inzibati bina tikintisi ilə bağlıdır.
Belə ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin 4 çıxışlı Zəngilan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının tikintisini reallaşdıracaq. Elan edilmiş tenderə görə, qalib tərəfə 3 milyon 317 min 889 manat vəsait ayrılması nəzərədə tutulub.
Fərda Uğur