FHN 227 katric və 8 zibil qabını 135 minə alacaq

FHN 227 katric və 8 zibil qabını 135 minə alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin tərkibindəki Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tenderin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, müsabiqə printerlər üçün toner, drum katric və zibil qutularının satın alınmasınə əhatə edib.
Rəsmi mənbələrdə tenderin qalibi olaraq “ISOFT” MMC ilə nazirlik arasında 134.995,54 manatlıq satınalma müqaviləsinin imzalandığı qeyd edilir. Həmin məlumatlara əsasən FHN bu pula 227 ədəd katric və 8 ədəd Xerox C7025- Xerox C7130 Zibil Qutuları alacaq.
Bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “İsoft” MMC 19 iyun 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi, ev 4B, mənzil 114-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Natiq Əlövsət oğludur.
Açıq mənbələrdə “İsoft” MMC haqqında heç bir məlumat yoxdur. Adı heç bir yerdə olmayan, hətta saytı və əlaqə telefonları olmayan bu şirkət tenderlərdə fəal iştirak edir.