Ramiz Mehdiyev və onun ətrafı, o böyük xain şəbəkə uzun illər boyu Azərbaycan dövlətçiliyinə xələl gətirib. Əminəm ki, onlar hamısı layiqli cəzalarını alacaqlar.
Bu sözləri Tribunainfo.az-a sabiq deputat Fəzail Ağamalı bildirib. O qeyd edib ki, irəli sürülən ittihamların hamısı doğrudur və sübut olunacaq:
“Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlarla tanışam. İttihamlar özündə tam həqiqəti ehtiva edir. Nəhayət həqiqət zəfər çalır. Ramiz Mehdiyev və onun ətrafı, o böyük xain şəbəkə uzun illər boyu Azərbaycan dövlətçiliyinə xələl gətirib, ziyan vurub. Bu xain dəstə tam əminəm ki, tezliklə ifşa olunacaq və onlar hamısı layiqli cəzalarını alacaqlar”.
Nigar İxtiyarqızı