Xalq artisti Fəxrəddin Manafov Türkiyədə mükafata layiq görülüb.
Aktyor İstanbulda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “Beynəlxalq teatr” mükafatı ilə bağlı təqdimetmə mərasiminə qatılıb.
F.Manafov “Türk dünyasının ən yaxşı teatr aktyoru” nominasiyası üzrə mükafata layiq görülüb.
Türkiyənin “Tiyatro” qəzeti tərəfindən təsis edilən X Beynəlxalq Anadolu Teatr Mükafatlarının təqdimetmə mərasimi İstanbulun Mask-Kara Teatrının “Tamer Levent” səhnəsində keçirilib.
Qeyd edək ki, mükafatlar Beynəlxalq Anadolu Teatr Mükafatları jürisi tərəfindən ölkədaxili və xarici teatr fəaliyyətlərinin dəyərləndirməsi əsasında, 2024-2025-ci teatr mövsümündə incəsənətin bu növünə töhfə verən şəxslər, qurumlara və təşkilatlara verilib.