backend

FETÖ-nün imamının qaçdığı ölkə bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə 15 iyun qiyamına cəhddə iştirak etmiş FETÖ terror təşkilatının Türkiyə Silahlı Qüvvələri içərisindəki imamı Adil Öksüz ABŞ-a qaçıb. 

Türkiyədə 15 iyun qiyamına cəhddə iştirak etmiş FETÖ terror təşkilatının Türkiyə Silahlı Qüvvələri içərisindəki imamı Adil Öksüz ABŞ-a qaçıb.

TİA.AZ xəbər verir ki, belə bir iddia ilə Türkiyənin “Axşam” qəzetinin Baş direktoru Murat Kelkitlioğlu çıxış edib.

Baş direktor yazdığı məqaləsində iddia edir ki, Adil Öksüz 15 iyun qiyamından 3 gün sonra ABŞ-a sığınıb.

Murat Kelkitlioğlu deyib ki, bunu sübut edəcək kəşfiyyat məlumatları var:

“Adil Öksüz 15 iyun hadisələrindən 3 gün sonra ABŞ-a qaçıb. Bu necə olub, sual verməyin! Çünki Adil Öksüz FETÖ-nün ən güclü və vacib adamlarından biri olub. Əgər Adil Öksüz Akıncı bazasında saxlanıldığı halda, məhkəmədən heçnə olmamış kimi çıxa bilirsə, 15 iyun hadisələrindən 3 gün sonra da rahat şəkildə ABŞ-a qaça bilərdi və qaçdı”.