ABŞ-ın Federal Ehtiyatlar Sistemi bu ilin ikinci yarısında faiz artımı prosesini sürətləndirəcək.
ABŞ-ın Federal Ehtiyatlar Sistemi bu ilin ikinci yarısında faiz artımı prosesini sürətləndirəcək.
Verilən məlumatlara görə, məqsəd dolların daha da güclənməsinə və qızılın unsiyasının 1000 dollardan aşağı səviyyəyə düşməsinə nail olmaqdır. FES-in bu qərarı Azərbaycan iqtisadiyyatına və manata necə təsir edə bilər? Bu halda kəskin devalivasiya və bank sektorunun daha da tənəzzül etməsinə yol aça bilərmi?
Bu haqda iqtisadçı ekspert Vüqar Bayramov TİA.AZ-a bildirdi ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin bu qərarın qəbul edib, etməyəyi bəlli deyil. Nəzər alsaq ki, qərarlar ilin sonunda qəbul edilir: “ Bu baxımdan hansı qərarların veriləcəyini öncədən proqnazlaşdırmaq çətindir. Ümumiyyətlə, Azərbaycanda artıq liberal üzən məzənnə siyasəti həyata keçirilir. Burada söhbət mərhələli şəkildə manatın məzənnəsinin dəyişməsindən gedir. Hətta misal üçün, valyuta bazarına psixoloji təzyiqi artırarsa, bu mərhələli şəkildə manatın məzənnəsinə təsir göstərəcək. Manatın məzənnəsində hər hansı sıçrayış Mərkəzi Bank və ya Dövlət Neft Fondunun bazardan, hərraclardan tamamilə çəkiləcəyi halda mümkündür. Amma bütün hallarda yenə də bu proses Mərkəzin Bankın hansı siyasəti həyata keçirməsindən asılı olacaq. Mərkəzi Bankın keçirəcəyi siyasət növbəti 2017-ci ildə manatın məzənnəsinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olacaq”.
Nilufər