Səs-küylü açıqlamaları və diqqətçəkən layihələri ilə daim gündəmdə olan “Avroviziya” təmsilçimiz Dilarə Kazımova yeni foto-layihəsini təqdim edib.
Sənətçi bu dəfə fərqli imicə üstünlük verərək “Mamma mafia” obrazında fotoqraf Həsən Aslanovun kamerasının qarşısına keçib.
Estrada ulduzu Musavat.com-a açıqlamasında bildirib ki, bu il ən çox fotosessiya etdirən məşhurlardan biri olub:
“Bu il yaratdığım hər layihədə fərqli obrazlara girirəm. Özümü yeni rakurslardan göstərməyi sevirəm”.














