DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün İslandiya ilə üz-üzə gələcək Azərbaycan yığmasının futbolçusu Şahin Şahniyarovun adı rəsmi protokoldan çıxarılıb.
Baş məşqçi Fernandu Santuşun qərarı ilə yarımmüdafiəçi “23”lükdən kənarda qalıb.
Lakin o, yığma ilə birlikdə İslandiyaya yollanıb.
Qeyd edək ki, bu gün reallaşacaq İslandiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
“Report”