Xəbər verdiyimiz kimi, bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.
Tribunainfo.az -ın məlumatına görə, siyahıda gənclər və idman naziri Fərid Qayıbov yer almayıb.Bununla da, ötən seçkidə vitse-prezident seçilən nazir bu vəzifəsini itirib.
Onu bu postda isə güləş üzrə Olimpiya çempionu Fərid Mansurov əvəz edib.
Qeyd edək ki, ötən dəfə vitse-prezident seçilən digər şəxslər – Çingiz Hüseynzadə və Zemfira Meftahətdinova yenidən bu vəzifəyə seçiliblər.