Fərhad Əhmədov 300 min manat pul xərclədiyini dedi-İcra Hakimiyyəti isə festivalı özümüz keçirmişik

Fərhad Əhmədov 300 min manat pul xərclədiyini dedi-İcra Hakimiyyəti isə festivalı özümüz keçirmişik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimi kimi hər il ənənəvi olaraq Göycayda Nar Bayramı keçirilib. Artıq Nar bayramına xaricdən gələn turistlərdə böyük maraq göstəririr. XALQ.AZ xəbər verir ki, bu ildə 3-4 oktyabr tarixlərində Göyçayda   XIII Nar festivalı keçirilib. Mədəniyyət Nazirliyinin rəsmi internet səhifəsində həmçinin rəsmi qazetlər və saytlarda Festivalın Mədəniyyət Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirildiyi haqqında məlumatlar yer alır ( http://mct.gov.az/az/umumi-xeberler/goycayda-xiii-nar-festivali-kecirilir)  ( http://goychay-ih.gov.az/news/371.html).

Hər il olduğu kimi  builki Nar festivalında iştirak edənlər arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları da var.

 

XALQ.AZ-ın əməkdaşının  araşdırmalarına görə bu festivalın keçirilməsi  üçün Göyçay rayon  İcra hakimiyyətinin yerli Mədəniyyət idarəsinin, digər dövlət orqanlarının əməkdaşlarının həmçinin yerli sahibkarların və Göyçay əhalisinin təşkilatçılığı ilə keçirilməsi və artıq ənənə halına çevrilməsi hamıya məlumdur. Lakin Rusiyada yaşayan və  Göyçayda fəaliyyət göstərən əslən Göyçaylı olan milyarder “AzNar” QSC-nin sahibi Fərhad Əhmədov  müxtəlif media səhifələrində Göyçayda keçirilən Nar festivalını öz adına çıxardır. Görəsən Nar Festivalı  keçirilməsi üçün İcra Hakimiyyətinin başçısı Səlim Mehdizadənın  tapşırığına əsasən yerli sahibkarlardan niyə festival adı ilə pullar yığılırdı?  Mədəniyyət Nazirliyinin xəbərlərində  Göyçayda keçirilən Nar Festivalı  ilə bağlı  niyə  hesabat göstərilir?  Bu suallarla bağlı  Göyçay rayon  icra hakimiyyətinə həmçinin Nazirliyə  və “Aznar” QSC-nə müraciət etdik

“Aznar” QSC-nin rəsmisi açıqlamasında bildirib ki, ” Bəli Göyçayda keçirilən Nar festivalının sponsoru “Aznar” QSC-i olub və bizdən başqa heç bir sponsor olmayıb. Bütün xərcləri “Aznar” QSC-nin sahibi Fərhad Əhmədov ödəyib və bu gün ki hesabata görə 300 min manat pul xərclənib. Amma  Göyçay İcra Hakimiyyətinin sektor müdiri-baş muhasib Kamran  Kərimov açıqlamasında bildirib  ki, Göyçayda keçirilən Nar festivalını  İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub “Aznar” sədəcə bir stend qoymuşdu öz məhsulların satırdı heç bir sponsorlıq etməyib.Müyyən işlərdə köməklik etdi moda festivalı keçirdi bundan başqa heç bir şey etməyib.  Festival keçdi kimə nə aidiyyatı var vəsaiti kim ödəyib? Festival gözəl keçdi nəyi araşdırırsız Sizin nə haqqınız var ki, baş tutan festival haqqında araşdırma aparırsız? Kim maraqlanır ki, nə qədər vəsait xərclənib festivala? İctimayyətə lazım deyil kim keçirib festivalı kim nə qədər vəsait xərcləyib?  Siz bunu araşdıra bilməzsiniz. Bu Sizin səlayyitinizdə deyil  ictimayyətin  gözünə nə soxursuz ki, kim nə qədər pul xərcləyib? Sonda bildirdi ki, Nar festivalı İcra Hakimiyyəti keçirib heç kim maddi dəstək göstərməyib. Mədəniyyət nazirliyində isə suallarımıza cavab verən olmadı.

 

Araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, Göyçaylı sahibkarlardan qanunsuz  yığılan vəsait hesabına baş tutan festival da həmçinin icra hakimiyyətinin saytında göstərilən  xəbərlə uygünlaşır belə ki, Göyşay rayon icra hakimiyyətinin rəsmi saytında qeyd olunub ki, “Qonaqlar rayonun 30-dan çox kəndinin sakinləri tərəfindən təşkil edilən nar və nar məhsullarının sərgisi ilə tanış olublar. Sual yaranır kəndlinın məhsulları ilə  keçirilən festival  “Aznar” QSC -i 300 min manatı nəyə xərcləyib. İcra hakimiyyəti Göyçaylı sahibkarlardan yığılan vəsaiti hara xərcləyib? Bu suallara isə cavab verən olmadı.