Aktyor Fərda Xudaverdiyev karyerasını bitirib. UlduzumSan.Az-ın məlumatına görə, o, bu haqda “İnstagram” səhifəsində məlumat verib. Fərda video paylaşaraq bu sözləri deyib: “23 ildir Azərbaycanda özünəməxsus komediyaya xidmət edən Fərda Amin olaraq karyeramı bitirmək istəyirəm. Həqiqətən yorulmuşam, səbəblər çoxdur. Məni bu yaşda belə populyar etdiyiniz üçün çox sağ olun. Məni sevənlər bu xəbərdən üzülməsinlər. Sevməyənlərə isə demək istəyirəm ki, məni niyə sevmədiniz?”