“Fənərbağça” daha bir ulduzu heyətinə qatır

“Fənərbağça” daha bir ulduzu heyətinə qatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fənərbağça” “Vest Hem Yunayted”in meksikalı futbolçusu Edson Alvaresin transferini tamamlamağa yaxındır.

Tribunainfo.az” Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, almaq opsiyonu ilə icarəyə verilən futbolçu ilə bağlı “Vest Hem”lə danışıqlar müsbət nəticələnib.

İcarə haqqı və futbolçunun maaşının tam ödənilməsi ilə bağlı razılıq əldə olunub.

Müqaviləni yekunlaşdırmaq üçün yekun danışıqlar aparılır.

 

Dəniz Pənahova