“Fənərbağça” ulduz hücumçuyla güclənirbackend

“Fənərbağça” ulduz hücumçuyla güclənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Fənərbağça” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Offsideplus.az “Fotomaç”a istinadla xəbər verir ki, İstanbul təmsilçisi, “Çelsi”nin belçikalı forvardı Romelu Lukaku üçün hərəkətə keçib.

“Sarı-lacivərtli” komandanın rəhbərliyi 30 yaşlı forvard üçün rəsmi təklif yollayacaq. “Fənərbağça” Lukakunu komandadan ayrılacağı gözlənilən Enner Valensiyaya əvəzləyici olaraq görür.

Türkiyə klubu bu keçiddə israrlıdır və yayda transferi bitirmək istəyir.

Qeyd edək ki, təcrübəli hücumçu hazırda icarə əsasında “İnter”də forma geyinir.