“Fənərbağça” “Real Madrid”ə 20 milyon avroya satdığı Arda Gülərin yerini doldurmaq üçün transfer axtarışlarını davam etdirir.
İstanbul təmsilçisi Moskva “Dinamo”sundan Sebastian Şimanskinin keçidində maraqlıdır. Artıq 24 yaşlı yarımmüdafiəçi üçün Rusiya klubuna 10 milyon avroluq təklif göndərilib.
“Match TV”nin xəbərinə görə, tərəflər arasında razılıq əldə olunub.
Qeyd edək ki, Şimanski ötən mövsümü “Feyenord”da keçirib.