İsrail Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, İsrail hakimiyyəti fələstinliləri Qəzza zolağından çıxarmaq niyyətində deyil.
Tribunainfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, İsrail və İordaniya arasında münasibətlər hər iki dövlət üçün strateji əhəmiyyət kəsb edir:
“Buna görə də İsrail İordaniya rəhbərliyinin təhrikedici bəyanatlarından təəssüflənir. İsrailin məqsədi HƏMAS qruplaşmasının terror infrastrukturunu ləğv etməkdir və yəhudi dövləti Qəzza zolağının mülki əhalisinə zərər vermək və ya onları deportasiya etmək niyyətində deyil”.