Almaniya prezidenti Frank-Valter Ştaynmayer Türkiyəyə üç günlük səfərinin ilk dayanacağı İstanbula gəldi. Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Ştaynmayer Sirkeci Vağzalında türk işçilərin köçündən bəhs edən “Qürbətə həsrət” adlı foto sərgisini ziyarət edərkən bir qrup tərəfindən etiraz edilib. Polisin müdaxilə etdiyi hadisədə həbs olunanlar olub.