FƏLƏSTİNƏ GÖRƏ KONSERTİ LƏĞV EDİLDİ, ƏSƏBLƏŞDİ…

FƏLƏSTİNƏ GÖRƏ KONSERTİ LƏĞV EDİLDİ, ƏSƏBLƏŞDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli müğənni Fələstində baş verənlərlə bağlı ləğv edilən konsertlərə görə etiraz edib.

Tribunainfo.az xəbər verir ki, müğənni Zeynəb Bastık bildirib ki, hər dəfə faciə baş verərkən günlərdir əziyyətlə hazırlanan konsertlər, teatrlar təxirə salınır, ləğv edilir. Müğənni bildirib ki, konsert hazırlıqları üçün çəkilən əziyyət, xərclənən pullar boşa gedir:

“Bir acı hadisəni paylaşarkən görülən ilk iş konsert, teatrların, bütün sənət işlərinin ləğv edilməsi olur. Aylarla əmək sərf etmişik, pullar xərcləmişik. Gördüyümüz işlərin qarşılığı bu olmamalıdır”.

Musiqiçinin fikirləri bir çoxları tərəfindən bəyənilib. Onun etirazına qoşulanlar da olub.
Qeyd edək ki, Fələstində baş verənlərə görə Türkiyədə əksər konsertlər təxirə salınıb, yeni klipini, diskini təqdim etməyə hazırlaşan müğənnilər planlarını növbəti aya saxlayıb.