Fələstində körpələr ölümlə üz-üzə – Belə mühafizə olunurlarbackend

Fələstində körpələr ölümlə üz-üzə – Belə mühafizə olunurlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsrailin mühasirəsində qalan Qəzzadakı Şəfa xəstəxanasında insan faciəsi yaşanır.

Tribunainfo.az xarici mətbuata istinadən xəbər verir ki, bölgənin ən böyük xəstəxanası olan Şifa Xəstəxanasının fəaliyyətini itirməsi nəticəsində körpələr ibtidai üsullarla həyatda saxlanılır.

Yenidoğan körpələrin isinməsi üçün folqadan istifadə olunur.

 

Qeyd edək ki, HƏMAS-ın oktyabrın 7-də səhər saatlarında başlatdığı Əl-Əqsa tufanı əməliyyatına cavab verən İsrail 39 gündür Qəzzaya bomba ardınca bomba yağdırır. 11 mindən çox fələstinlini qətlə yetirən İsrail ordusu bölgənin ən böyük xəstəxanası olan Şifanı hər tərəfdən mühasirəyə alıb. Xəstəxanada elektrik enerjisi kəsilən və funksiyalarını tamamilə itirən bir çox körpələr primitiv üsullarla həyatda saxlanılıb.
Xatırladaq ki, İsrail oktyabrın 7-dən bu yana 365-i əsgər olmaqla 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını, onlardan 46-nın Qəzza zolağında, 6-nın isə Livan sərhədində şimalda baş verən qarşıdurmalarda olduğunu açıqlayıb. İsrailin məlumatına görə, Qəssam Briqadalarının əlində 239 israilli məhbus var. Qəzzada hökumətin məlumatına görə, ölənlərin sayı 11 min 240-ı keçib, onlardan ən azı 4 min 630-u uşaq, 3 min 130-u qadındır.
İordan çayının qərb sahilində və Qüdsdə İsrail qüvvələri və yəhudi köçkünlər 193 fələstinlini qətlə yetirib. İsrail ordusu Qəzzada on minlərlə yaralı və mülki vətəndaşın sığındığı onlarla xəstəxananın şəhərciklərinə və ya əsas binalarına zərbələr endirib, onları evakuasiya etməyə məcbur edib. Hücumlarda yüzlərlə insan ölüb, yaralanıb. Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 74 Hizbullah üzvü ölüb.