FƏLƏSTİNDƏ 1948-Cİ İLƏ AİD KÜTLƏVİ MƏZARLIQ TAPILDIbackend

FƏLƏSTİNDƏ 1948-Cİ İLƏ AİD KÜTLƏVİ MƏZARLIQ TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanturada törədilən qətliamda ölənlərin sayının 200-ə çata biləcəyi düşünülür.

Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, 1947-ci ildə İsrail qüvvələri tərəfindən dağıdılan Fələstinin Tantura kəndində ingilis alimlərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, ərazidə üç kütləvi məzarlıq var.

Fələstinli tarixçilər və şahidlər Hayfa yaxınlığındakı balıqçı kəndi Tanturada İsrail əsgərlərinə təslim olanların edam edildiyini və bu gün Dor çimərliyi kimi tanınan ərazinin dayanacağında dəfn edildiyini iddia ediblər.

1500 nəfər əhalisi olan kənddə edam edilənlərin sayı 40-200 nəfər arasında dəyişir.

Mövzu ilə bağlı bu günə qədər ən əhatəli araşdırma aparan İngiltərə mərkəzli “Forensic Architecture” adlı təşkilat, bölgədə 3 kütləvi məzarlıq yeri müəyyən etdiklərini açıqladı.