FƏLƏSTİN ÜÇÜN DÖYÜŞƏN “İZZƏDDİN ƏL – QƏSSAM” BRİQADALARI NECƏ YARANIB? – DOSYE

FƏLƏSTİN ÜÇÜN DÖYÜŞƏN “İZZƏDDİN ƏL – QƏSSAM” BRİQADALARI NECƏ YARANIB? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailə hücumda iştirak edən və bu gün də davam edən hərbi toqquşmalarda HƏMAS-ın əsas qanadı sayılan İzzəddin əl-Qəssam Briqadalarının necə yaranması haqda çoxları məlumatsızdır. Silahlı birləşmənin adı son günlər mediada tez-tez çəkilir. Elə bunu nəzərə alaraq, Tribunainfo.az-ın oxucuları üçün həmin qruplaşma haqda arayış hazırlamışıq.
Belə ki, İzzəddin əl-Qəssam Briqadaları (Qəssam) Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) silahlı qanadı olaraq 1992-ci ildə İsrailin Fələstin işğalına qarşı adi bir tüfənglə başladığı müqavimətini, indi bir orduya sahib olaraq icra edir.

Qəssam adını Fələstindəki İngilis müstəmləkəçiliyinə qarşı silahlı mübarizə apararkən 1935-ci ildə dünyasını dəyişən Suriya əslli Fələstin lideri Şeyx İzzəddin əl-Qəssamdan götürüb.
Briqadalar 80-ci illərin əvvəlində Fələstinli Marksist qrupların əksinə olaraq, yalnız Fələstin torpaqları daxilində mübarizə aparacaqlarını bildirirlər.Yəhya Ayaş, Nizar Reyyan, Salah Şəhadə və Əhməd Cabəri kimi bir çox komandirini İsrail hücumlarında itirən silahlı qrupun liderliyini Mərvan İsa və Məhəmməd Deyf, mətbuat katibliyini isə Əbu Ubeydə həyata keçirir.

Təşkilatın 20-ci ili münasibətiylə verdiyi açıqlamada İzzəddin əl-Qəssam Briqadaları Qəzzadakı döyüşçülərinin sayının 10 mini keçdiyini bildirilir.
İsrailin cənubundakı Sderot yəhudi qəsəbəsi 26 oktyabr 2001-ci ildə əl-Qəssam Briqadalarının atdığı ilk raketə hədəf oldu.

“Qəssam 1” adıyla tanınan raketi “Time” jurnalı fələstinlilərin raketdən silah olaraq istifadə edə bildiyi nöqtəyə çatdığını yazaraq, “Orta Şərqi dəyişdirmək imkanına sahib primitiv raket” şəklində xarakterizə etmişdi.
Briqadalar əsgərləri əsir götürmək kimi bir çox əməliyyat da həyata keçiriblər. Bunların ən əhəmiyyətlisi 2005-ci ildə İsrail ordusunun Gilad Şalid adlı əsgərinin əsir götürməsi və beləliklə İsraillə razılıq əsasında ona qarşılıq olaraq 1027 fələstinlini israil zindanlarından sərbəst buraxdırması olmuşdu.