Fələstin Prezidenti Mahmud Abbasın kortejinə silahlı hücum edildiyi iddia olunur.
Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu iddia ilə bağlı görüntülər yayılıb.
Görüntülərdə bir mühafizəçinin vurulduğu bildirilir.
Məlumata görə, hücumla bağlı məsuliyyəti “Əbu Cəndelin uşaqları” adlı qruplaşma üzərinə götürüb.
Qeyd edək ki, iddia edilən hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.