Fələstin dövlətinin yaradılması məsələsi BMT-də müzakirəyə çıxarıla bilər

Fələstin dövlətinin yaradılması məsələsi BMT-də müzakirəyə çıxarıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin Azadlıq Təşkilatı (FAT) İcraiyyə Komitəsi paytaxtı Şərqi Qüdsdə olmaqla Fələstin dövlətinin yaradılması məqsədi ilə BMT çərçivəsində beynəlxalq konfrans keçirməyə çağırıb.

Bu barədə FAT-ın ötən axşam yaydığı bəyanatda deyilir.

FAT müstəqil Fələstin dövlətinin 1967-ci ildən əvvəl olan sərhədlərdə yaradılmasına ümid edilir.

Bundan başqa, konfransın işində Fələstin qaçqınlarının problemlərinin həlli variantları, İsrail həbsxanalarında fələstinli məhbusların vəziyyəti və BMT qətnamələrinə uyğunluluq müzakirə ediləcək.(Apa)