Fəhlələr ölümlə üz-üzə – “Atlas residence”də təhlükəli anlar-VİDEObackend

Fəhlələr ölümlə üz-üzə – “Atlas residence”də təhlükəli anlar-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tikilməkdə olan növbəti çoxmərtəbəli yaşayış binası. Kadrlardan da görürsünüz ki, 198-ci maddə, yəni əməyin mühafizəsi qaydaları kobud şəkildə pozulub. Binanın hazırda 9-cu mərtəbəsi tikilməkdədir və burada çalışan ustalar, fəhlələr nə sığorta kəmərindən istifadə edirlər, nə də “kaskadan”. Belə aydın olur ki, burada çalışanların həyatlarının təhlükdə olması tikinti şirkətiniN rəhbərinin və cavabdeh şəxslərin marağında deyil”.

Özünü hazırda tikilməkdə olan binanın iş icraçısı kimi təqdim edən Lətif Bayramovun dedikləri isə bizi sözün əsl mənasında şoka saldı.

“Fəhlə binanın filan mərtəbəsindən yıxılıb öldü” və ya “fəhlənin başına beton parçası düşdü, yerindəcə keçindi” başlıqlı xəbərlərə azmı rast gəlmişik? Ancaq görünür bu hadisələr “Atlas Residence”in rəhbərliyini qətiyyən qayğılandırmır. Onları maraqlandıran binanı tikib, ciblərini doldurmaqdır.

Məsələ ilə bağlı “Atlas residence”in rəhbər şəxsləri ilə əlaqə saxlamağa çalışdıq. Satış menecerlərini qabağa verib, bizə xəbər göndərdilər. “Özümüz məsləhət bilsək, əlaqə saxlayacağıq”. Güvənləri nəyədir? Sabah hansısa məişətxana verilişinə sponsor olub, üstü bəzəkli sözlərlə reklam olunmaqlarına? Yoxsa odda yanmaz, suda batmaz, qanundan qorxmaz hamiləri var?!

Məgər çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirən “Atlas residence”in rəhbəri bilmirmi ki, “Əmək məcəlləsi”nin 9-cu bölməsi Əməyin mühafizəsi norma və qaydalarından bəhs edir? Bilmirmi ki, bu norma və qaydalara düzgün şəkildə əməl edilmədikdə “İnzibati xətalar məcəlləsi”nin 198 və 199-cu maddələri ilə məsuliyyətə cəlb oluna bilər?

Yəqin bilmir, ya da özünü bilməməzliyə vurur. Əks təqdirdə bu görüntülər efirimizi “bəzəməzdi”…

Ekspertlər deyir ki, bu gün ölkədə tikinti sahəsində çalışan işçilərin əksəriyyəti öz vəzifə və hüquqlarını bilmirlər. Elə buna görə də öz təhlükəsizliklərinin təmin olunmasını tələb etmədən çalışırlar.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən də bildirildi ki, “Əmək məcəlləsi”nin 215-ci, yəni “Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri” maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. Bu baş vermədikdə “İnzibati Xətalar Məcəlləsi”nin 198-ci maddəsinə əsasən 500 manatdan 1000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Təəssüf ki, tikinti meydançasını xatırladan odlar yurdumuzda tikilməkdə olan binaların bəlkə də yarıdan çoxunda analoji vəziyyət hökm sürür. Bədəlini ödəyənlər isə ailəsinə, uşaqlarına 5-10 manat aparan fəhlələrdir.