Fəhlə tikintidə öldü, şirkət sahibi saxlandıbackend

Fəhlə tikintidə öldü, şirkət sahibi saxlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə tikintidə işləyən Harun Turan 4-cü mərtəbədən yıxılaraq ağır yaralanıb. Tribunainfo.az məlumat verir ki, xəstəxanaya aparılan Turan bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib.
Dünən səhər saatlarında Denizköşklər səmtində bir tikintinin üst mərtəbəsində iskele üzərində işləyən Harun Turan müvazinətini itirərək yıxılıb.
Dostlarının xəbəri ilə hadisə yerinə həkim briqadası göndərilib. Ağır xəsarət aldığı müəyyən edilən Harun Turan ilkin tibbi yardımdan sonra təcili yardımla özəl xəstəxanaya aparılıb. Burada edilən bütün səylərə baxmayaraq Turanı xilas etmək mümkün olmayıb.
Şirkət sahibi, usta, əməyin mühafizəsi mütəxəssisi və bir işçi hadisə ilə bağlı sorğu-sual olunmaq üçün polis bölməsinə aparılıb. Yarıldıqdan sonra Harun Turanın cənazəsi dəfn olunmaq üçün məmləkəti Qarsın Sarıqamış rayonundakı Kalebaşı kəndinə göndərilib.