Artıq iki gündür ki, ölkə gündəmini tanınmış müğənni Fədayə Laçının həbsi və olayın təfərrüatları ilə bağlı məlumatlar zəbt edib.
Artıq iki gündür ki, ölkə gündəmini tanınmış müğənni Fədayə Laçının həbsi və olayın təfərrüatları ilə bağlı məlumatlar zəbt edib. Adətən, ətrafındakılara sakit, mülayim, qalmaqallardan uzaq sənətçi təsiri bağışlayan müğənninin gözlənilmədən kriminal aləmlə bağlılığının üzə çıxması həm pərəstişkarlarını, həm də sənət yoldaşlarını şoka saldı.
Hadisələrin gedişatından məlum oldu ki, sənətçi artıq bir neçə ildir ki, “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovla sevgilidir. Report.az saytının yazdığına görə, ötən gün Nəsimi Rayon Məhkəməsində müğənni özü bunu etiraf edib.
Lakin Fədayə Laçın özünü məlum qaçış olayında təqsirli bilmədiyini, “Qoca” ilə sonuncu dəfə 2 ay öncə görüşdüyünü deyib: “Etibarın qatardan qaçacağından xəbərim olmayıb. O, bu barədə mənə məlumat verməyib. Sonuncu dəfə onunla iki ay əvvəl görüşmüşəm”.
Qeyd edək ki, Fədayə Laçının sənət yoldaşları artıq sosial şəbəkələrdə, mətbuatda ona dəstək olmağa çalışırlar, bu olayda sənətçinin yalnız sevginin qurbanı olduğunu bildirirlər.
<!–[if !supportLineBreakNewLine]–>
Fədayə Laçını yaxından tanıyan əməkdar artist Lalə Məmmədova musavat.com-a danışaraq sənətçi və onun sevgisi haqqında ilginc açıqlamalar verib: “Allah heç kəsin başına bu cür hadisə gətirməsin. Təbii ki, əgər cinayət işləyibsə, hər kəs qanun qarşısında cavab verməlidir. Amma Fədayə Laçın həqiqətən çox saf, ürəyi təmiz, genişqəlbli bir insandır. Ancaq genişqəlbli insan sevərək hər şeyi gözə ala bilərdi. Sözün düzü bilmirdim ki, onun sevdiyi şəxs kimdir. Amma bilirdim ki, çox əziyyət çəkirdi, kefi yox idi. Arada bizim yazışmalarımız olurdu. Görürdüm ki, vaxtaşırı depressiyaya düşür. Yalnız axır vaxtlar “Nanəli” verilişinə çıxanda o depressiyadan çıxa bilirdi. Yəni özünə qapanmışdı. Bilirdim ki, sevgilisi uzaqdadır. Amma bu sevgi haqqında dərin məlumatım yox idi. Bir qadın olaraq onun durumu ürəyimi ağrıdır. Bir daha qeyd edirəm ki, yalnız o, bütün həyatını, karyerasını fədakarcasına sevgisinə qurban verə bilərdi. Əlbəttə ki, o bir qadın və ən əsası anadır. Bildiyim qədərincə böyük övladı var”.
<!–[if !supportLineBreakNewLine]–>