FED bu il faizləri 2 dəfə artıra bilər- “Bloomberg”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində faizləri iki dəfə artıra bilər

TİA.AZ “Report”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Bankının Filadelfiya şöbəsinin müdiri Patrik Harker məlumat verib.
“Əgər inflyasiyadakı zəiflik davam edərsə, bu, ciddi problem ola bilər. Buna görə də 2018-ci il ərzində 2 dəfə faiz artımının uyğun olacağını düşünürəm”, – o bildirib.
P.Harker qeyd edib ki, hazırda 1,8% səviyyəsindəki inflyasiya 2019-cu ildə 2%-dən çox olduqdan sonra yenidən bu səviyyəyə düşəcək: “İnflyasiyanın, sadəcə, 2%-ə qalxması deyil, bir müddət bu göstəricidən biraz çox olması faydalı olacaq”.